Bakıya vurulan maraqlı cütlük “Sportinfo”ya danışdı - FOTOLAR

3 Oktyabr 2023 23:00 Araz-Naxçıvan 3 463
Bakıya vurulan maraqlı cütlük “Sportinfo”ya danışdı - FOTOLAR

Ölkəmizə gələn legionerlər Bakıdakı həyatlarından razıdırlar.

Buna əmin olmaq üçün özlərinin və xanımlarının sosial şəbəkə hesablarına göz gəzdirmək kifayətdir.

Paylaşımları ilə diqqət çəkən cütlüklərdən biri Miço Kuzmanoviçlə sevgilisi Nataşa Ristiçdir.

“Araz-Naxçıvan”ın futbolçusu gələcək həyat yoldaşı ilə birlikdə Bakıdakı hər anı lentə alır və xoşbəxtliyi “instagram” vasitəsi ilə dostlarına göstərirlər.

Miço Sportinfo.az-a açıqlamasında Bakı həyatından danışıb:

“Bakıya ilk səfərimizdir. Böyük, təmiz, işıqlı və maraqlı şəhərdir.

İmkan olduqca paytaxtı gəzirik, şəkillər çəkdiririk. 2-3 ay ərzində Bakını çox sevdik. Xüsusən də xanımım şəhərin gözəlliyindən zövq alır.

Sarayevo, yoxsa Bakı? Əlbəttə ki, Bakı. Çünki burada yeniyik, həm də burada oynayıram (gülür). Bakı daha gözəldir”.

Bosniya və Hersoqovinadan olan vinger karyerası ərzində Serbiya, Sloveniya və Belçika kimi ölkələrdə legioner həyatı yaşayıb.

O, “Araz-Naxçıvan” formasında meydana çıxdığı 8 matçda 1 qol və 3 assistlə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti