“Araz-Naxçıvan” mövsümdə 4-cü qələbəsini qazanmaqla xalların sayını 13-ə yüksəltdi.
Muxtar Respublika təmsilçisi “Dalğa Arena”da turnir cədvəlinin lideri “Zirə”ni Nuno Rodriqesin yeganə qolu hesabına məğlub etməyi bacardı.
Oyun başa çatandan sonra naxçıvanlıların paltardəyişmə otağındakı şadyanalığı görməyə dəyərdi. Lider üzərində qalibiyyət ab-havanı ən yüksək dərəcəyə qaldırmışdı.
Çox keçmədən komanda üzvlərini təbrik etmək üçün “Araz-Naxçıvan”ın paltardəyişmə otağına Azərbaycan Futzal Federasiyasının prezidenti, eyni zamanda, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təşrif buyurub.
İş adamı özünə doğma olan Naxçıvan komandasının üzvlərini təbrik etmək üçün bu addımı atmağı qərara almışdı ki, tanınmış idman funksionerinin gəlişi ilə futbolçular onu alqışlayıb.
Təxminən 2 dəqiqəlik təbrik dialoqundan sonra Axundov paltardəyişmə otağını tərk edib.
Bildirək ki, “Araz-Naxçıvan”ın prezidenti Zaur bəyin qardaşı Ramin Axundovdur.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

