O da özündənrazı olub?

3 Oktyabr 2023 16:00 Araz-Naxçıvan 1 256
O da özündənrazı olub?

Səkkiz tura dörd qələbə «Araz-Naxçıvan»a görə əla nəticədir.

Belə bir nəticəni, əminəm ki, heç Azər Bağırovun özü də gözləmirdi. Nəinki biz, yaxud bir qeyriləri.

«Araz»ın avrokuboklara vəsiqə qazanması barədə proqnozlar vermək hələ çox erkəndir. Dördüncü dövrə gəlmədən kim nəsə söyləsə, həm özünü, həm də ictimaiyyəti aldatmış olar.

Hələlik komanda oyunu ilə daha artığını haqq edir. Rəqiblərdən asılı olaraq hər tur bir taktikı sxemlə mübarizə aparmaqlarına baxmayaraq.

«Zirə» ilə qarşılaşma futboldan daha çox, şahmat duelinə bənzədi. Deməli, Azər Bağırov taxta lövhə arxasında da özünü naşı kimi hiss etmir.

Bunlar Premyer Liqada ilk ilini keçirən bir məşqçi üçün mühüm üstünlükdür.

Səkkiz ildən sonra qayıtdıqları çempionata bununla ciddi rəqabət gətiriblər. Proqnozları tərsinə çevirən «Araz» onu ciddiyə almayanların dizini yerə qoya-qoya gedir. Hara kimi?

Düzü, son günlər Azər Bağırovda bir az dəyişiklik hiss edirəm. Bu gənc oğlan, naxçıvanlıların sözü olmasın, bir qədər genəlib.

Onun «Zirə» ilə qarşılaşmadan sonra mətbuat konfransında danışdıqları, səs tonu xoşuma gəlmədi.

Sanki Bağırovda özündənrazılıq əmələ gəlib və əgər «Araz» qarşıdakı həftələrdə bu nizamını itirsə, səbəbini baş məşqçidən bilin.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti