Bu klubun legionerləri narahatdır – Gedənlər olacaq?

30 Sentyabr 2023 17:00 Araz-Naxçıvan 643
Bu klubun legionerləri narahatdır – Gedənlər olacaq?

“Araz-Naxçıvan”ın bir qrup legioneri qış fasiləsində Azərbaycandan ayrıla bilər.

Yayda ölkəmizə gələn əcnəbi futbolçular komandanın ev oyunlarını Muxtar Respublikada keçirməsini istəmir.

Onlar buna əsas kimi ailələrinin Bakıya öyrəşməsini, övladlarının burada məktəbə getməyə başlamasını göstəriblər.

Naxçıvanda payız və qış fəsillərinin kifayət qədər soyuq keçməsini, həmçinin ingilis və fransızdilli təhsil ocaqlarının olmamasını öyrənən legionerlər öz narahatlıqlarını klub rəsmiləri ilə görüşdə diqqətə çatdırıblar.

Naxçıvan şəhər stadionunda təmir işlərinə nə vaxt start veriləcəyi artıq məlumdur. Arenada yenidənqurma tədbirlərinə oktyabrın ikinci yarısında start veriləcək.

Bugünlərdə “Araz-Naxçıvan” və yerli Gənclər və İdman Nazirliyinin nümayəndələri sözügedən məkana baş çəkib.

O cümlədən, mütəxəssis qrupu burada olub, görüləcək işlərlə bağlı hesabat hazırlayıb, smeta tutulub.

Təmir-tikinti prosesinin minimum ilin sonunadək davam edəcəyi gözlənilir. Bu məsələyə yaxın günlərdə yüksək səviyyədə bir də baxılacaq.

Odur ki, “Araz-Naxçıvan”ın doğma məkana dönüş üçün gələn ilədək səbr etməli olduğunu deyə bilərik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti