Naxçıvan şəhər stadionunda təmir işlərinə nə vaxt start veriləcəyi məlum olub.
Arenada yenidənqurma tədbirlərinə oktyabrın ikinci yarısında start veriləcək.
Bugünlərdə “Araz-Naxçıvan” və yerli Gənclər və İdman Nazirliyinin nümayəndələri sözügedən məkana baş çəkib.
O cümlədən, mütəxəssis qrupu burada olub, görüləcək işlərlə bağlı hesabat hazırlayıb, smeta tutulub.
Təmir-tikinti prosesinin minimum ilin sonunadək davam edəcəyi gözlənilir. Bu məsələyə yaxın günlərdə yüksək səviyyədə bir də baxılacaq.
Odur ki, “Araz-Naxçıvan”ın doğma məkana dönüş üçün gələn ilədək səbr etməli olduğunu deyə bilərik.
SPORTİNFO.AZ

