“Mutu çox şey danışır”

25 Sentyabr 2023 20:20 Araz-Naxçıvan 1 457
“Mutu çox şey danışır”

“Uzaqda olsam da fikrim həm də "Araz Naxçıvan"da idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov deyib.

O, Bolqarıstanda olduğu zaman Naxçıvan klubu "Neftçi" üzərində qələbə qazandı - 1:0. Azər Bağırovun köməkçisi burda olmadığı üçün üzüntü keçiribmi?

Ümumiyyətlə, baş məşqçinin “sağ əli” belə nəticə gözləyirdimi? Onu dinləyək:

“Neftçi" ilə matça oteldə baxdım. Uşaqlar çox istəkli oynadı və layiqli qələbə qazandı.

Baxmayaraq ki, Mutu çox şey danışır. Deyir ki, “Araz” 10 nəfərlə müdafiə olundu.

Bu, başadüşüləndi. O da qələbə qazanmaq istəyir. Hardasa bərabərlik düşünürdük.

Azər müəllim çox ağıllı futbol oynatdı. Əks-hücumda rəqibi yaxalayıb, lazım olan qolu vurduq.

Çox yaxşı nəticədir. Çünki köklü bir komandaya qalib gəlmişik. Böyük qələbədir.

Bunu qeyd etmək lazımdır. Amma dayanmaq olmaz, bu qələbə arxada qaldı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti