COP29

"Nəticəni bu gün qazana bilmədik, amma..." - Azər Bağırov

24 Sentyabr 2023 22:10 Araz-Naxçıvan 468
"Nəticəni bu gün qazana bilmədik, amma..." - Azər Bağırov

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Səbail"ə 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu izləyənlər gördülər ki, komandamız çox yaxşı futbol oynadı. Nəticəni bu gün qazana bilmədik. Amma heç bir halda heyfslənmək lazım deyil. Vəziyyəti real təhlil edib sabaha baxmaq lazımdır. Futbolçularımın yanındayam. Sevinirəm ki, bu gün çoxlu qol epizodu yarada bildik.

- Nəticədən başqa nədən narazı qaldız?

- Bəzi epizodlarda tələsirdik. Əsasən də orta xətdə. Bu da futbolçuların təcrübəsizliyindəndir. Matça beş yerli oyunçu ilə başladıq. Elə futbolçulardır ki, çoxdandır Premyer Liqada oynamırlar. Bu gün inadkarlıqları ilə seçilirlər, baş məşqçinin dediyini edirlər. İnanıram ki, bir az da üstünə qoyacaqlar

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?