Azərbaycana gələn fransız - Yeni müqavilə, yeni ölkə, yeni çağırış, yeni təcrübə

19 Sentyabr 2023 01:00 Araz-Naxçıvan 478
Azərbaycana gələn fransız - Yeni müqavilə, yeni ölkə, yeni çağırış, yeni təcrübə

“Araz-Naxçıvan” Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir”.

Sportinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın transferi Aksel Nqando klubun rəsmi saytına açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi bu keçiddən məmnun olduğunu bildirib:

“Yeni komandaya gəldiyimə görə şadam. Yaxşı mövsüm keçirməyi arzulayıram.

Yeni müqavilə yeni ölkə, yeni çağırış və yeni təcrübə deməkdir. Çalışacam ki, komandama faydalı olum, əsas heyətdə özümə yer edim”.

30 yaşlı oyunçu Premyer Liqanın VI turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşü izlədiyini söyləyib:

“Neftçi” ilə matça baxdım, qələbə münasibəti ilə futbolçularımızı təbrik etdim.

Ümid edirəm ki, bu komanda ilə çoxlu qələbələr, kubok və medallar qazanacağıq. Maraqlı kollektivimiz var”.

Aksel Nqando “Araz-Naxçıvan”la mövsümün sonuna qədər müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti