Azərbaycan klubu “Oser”in sabiq yarımmüdafiəçisini rəsmən transfer etdi

18 Sentyabr 2023 12:40 Araz-Naxçıvan 1 715
Azərbaycan klubu “Oser”in sabiq yarımmüdafiəçisini rəsmən transfer etdi

“Araz-Naxçıvan” Fransanın U-21 yığmasının sabiq futbolçusu Aksel Nqandonu transfer edib.

Klubun mətbuat xidməti Sportinfo.az-ın yaydığı xəbəri doğrulayıb.

Bildirilib ki. yeni legioner artıq Bakıdadır. Tibbi müayinədən keçən yarımmüdafiəçi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Onun son klubu Fransada “Qrenobl” olub.

30 yaşlı hücumameyilli oyunçu müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.

O, klub karyerasında ölkəsində “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində gücünü sınayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik