
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Araz-Naxçıvan” növbəti transfer əməliyyatını reallaşdırıb.
Muxtar Respublika təmsilçisi Axel Nqando ilə anlaşma əldə edib.
30 yaşlı hücumameylli yarımmüdafiəçi Azərbaycana dıvət olunub.
O, Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib. PSJ-nin akademiyasında yetişmiş Nqando 2021-ci ildən bu tərəfə “Qrenobl”ın uğurları üçün tər töküb.
Ötən illər ərzində yerli “Renn”, “Oser”, “Bastiya”nın, həmçinin Türkiyədə “Göztepe”nin şərəfini qoruyub.
SPORTİNFO.AZ