
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Araz Naxçıvan" haqqında xoş fikirlər səsləndirib.
O, bu barədə köməkçiləri və yaxın ətrafına danışıb.
İtaliyalı mütəxəssisi mövsümün startına az qalmış bir araya gələn kollektivin çıxışı təəccübləndirib:
"Belə başlanğıc gözləmirdim. Azər Bağırov yaxşı kollektiv yaradıb. Qısa müddətdə sistem yarada bilib.
Rəngarəng hücum futbolu oynayırlar. Məğlub olduqları görüşdə belə meydanda yaxşı çıxış edən tərəf olublar.
Heç "Qarabağ"a belə məğlub olmağa(1:2) layiq deyildilər. Belə davam etsələr, onlar üçün hər şey daha yaxşı ola bilər".
5 turdan sonda Muxtar Respublika təmsilçisinin aktivində 7 xal var.
Debutant 2 görüşdə qələbə qazanıb, birinə bərabərlik, digər iki matçda məğlub olub.
XANOĞLAN / SPORTİNFO.AZ