Ondan narazı olanlara cavab verdi: “Bu, düzgün deyil”

9 Sentyabr 2023 20:00 Araz-Naxçıvan 833
Ondan narazı olanlara cavab verdi: “Bu, düzgün deyil”

“Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşmasının müqəddəratını Orxan Əliyev həll etdi.

“10 nömrə” ilk hissənin sonlarına yaxın Miço Kuzmanoviçin qazandığı penaltini dəqiq yerinə yetirdi, ardınca başla baxımlı qola imza atdı.

Komandalar fasiləyə gedəndə, Orxan əvəzlənəndə, hətta hakimin final fitindən sonra da tribunalardan Əliyevə təzyiq var idi.

Ki, o, vaxtilə “Kəpəz”in formasını şərəfini qoruyanda xüsusi istəklə oynamırdı, lakin başqa komandaların heyətində Gəncə təmsilçisi ilə matçlarda meydanda ölməyə hazırdır.

Səbəbkar Sportinfo.az-a azarkeşlərin özünə qarşı münasibəti ilə bağlı açıqlama verib:

“Düzü, tribunadan deyilənlərə fikir vermirdim. Futbolçu meydana çıxırsa, diqqəti öz işində olmalıdır.

O ki qaldı haqqımda deyilənlərə, mən “Kəpəz”də oynadığım dönəmdə qol da vururdum, assist da edirdim.

Bu, futboldur və hər birimiz peşəkarıq. Hansı komandanın şərəfini qoruyuruqsa, onun uğuru üçün çalışırıq.

Vaxtilə “Kəpəz”də oynamışam deyə, bu gün “Araz-Naxçıvan”nın heyətində bu komandaya qol vurmamalıyam düşüncəsi düzgün deyil.

Gəncə və “Kəpəz” mənim üçün doğma yerdir. Üstəlik, azarkeşlərlə həmişə xoş münasibətim olub.

Bunu məni yaxından tanıyanlar bilir. Ona görə də vurduğum qolları xüsusi şəkildə qeyd etmədim. Bacardığım qədər sakit qarşıladım”.

Orxan Əliyev 2016-cı ilin yanvarından 2017-ci ilin mayına qədər “Kəpəz”in heyətində bütün yarışlarda meydana çıxdığı 45 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti