“Bunu yoluna qoysaq, çox yaxşı komanda olacağıq”

6 Sentyabr 2023 21:00 Araz-Naxçıvan 811
“Bunu yoluna qoysaq, çox yaxşı komanda olacağıq”

“Hər ötən gün bizim üçün üstünlükdür”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın legioneri Miço Kuzmanoviç deyib.

Muxtar Respublika təmsilçisi Premyer Liqanın son turlarında kifayət qədər xoş təsir bağışlayır. Azarkeşlərin arzuladığı “Araz-Naxçıvan”ı görmək üçün nə qədər vaxt lazımdır?

Bosniya və Hersoqovinadan olan sol cinah yarımmüdafiəçisini dinləyək:

“Əminəm ki, növbəti oyunlarda bundan da yaxşı görünəcəyik.

Fiziki durumumuzu tam qaydasına salıb, anlaşma və uyğunlaşma prosesini yoluna qoysaq, çox yaxşı komanda olacağıq. Bizə birlikdə oynamaq üçün vaxt lazımdır”.

"Araz-Naxçıvan"ın 27 yaşlı oyunçu ilə imzaladığı sözləşmənin müddəti 1 illikdir.

1.78 sm boya malik yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo”nun formasını geyinib.

O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Mouscron”, Sloveniyanın “Rudar Velenje” və “Celje” klublarının heyətində çıxış edib.

Ötən mövsümü “Tuzla Sity”də keçirən Kuzmanoviç 2023-2024-cü il mövsümünü “Araz-Naxçıvan”da keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...