Bu görüntü Naxçıvan azarkeşlərinə yaraşmadı - FOTO

5 Sentyabr 2023 16:40 Araz-Naxçıvan 1 119
Bu görüntü Naxçıvan azarkeşlərinə yaraşmadı - FOTO

Premyer Liqanın debütantı cari mövsümdə ilk dəfə Bakıdan kənara çıxmaq imkanı qazanmışdı.

“Araz-Naxçıvan” üç oyunu “Dalğa Arena”da keçirib, “Azərsun Arena”da “Qarabağ”ın qonağı olandan sonra Gəncə publikasının önündə “Kəpəz”lə oyunda nəyə qadir olduğunu göstərməliydi.

İnsaf naminə, göstərdi də. Gərgin və maraqlı keçən qarşılaşmada qonaqlar qərb təmsilçisi 2:1 hesabı ilə udmağa nail oldu.

Lakin qələbəni sevimli azarkeşləri ilə birlikdə qeyd edə bilmədilər. Çünki, “Araz-Naxçıvan”ı sevənlər Gəncəyə gəlməmişdi. Qonaqlar üçün ayrılmış tribunada bir nəfər də olsun gözə dəymirdi.

Məlum məsələdir ki, Premyer Liqa təmsilçilərinin böyük əksəriyyəti səfərlər zaman azarkeşlərini nəqliyyat vasitəsi ilə təmin edir. Qidalanmaq və digər xərcləri isə fanatların özləri qarşılayır.

“Araz-Naxçıvan”ın Bakıdakı görüşlərinə 300-500 azarkeş gəlir. Hətta cəm halında toplaşıb banner açan qrup da var.

Maraqlıdır, sevimli komandanı Gəncədə dəstəkləmək həvəsinə düşən 20-30 nəfər tapılmamışdı? Yoxsa, klub rəhbərliyi azarkeşlərin avtobus istəyinə isti yanaşmamışdı?

Görünür, Premyer Liqada bölgə səfərləri zamanı dəstəksiz qalan təkcə “Araz-Naxçıvan” olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...