
1 ay ərzində qurulan “Araz-Naxçıvan” ilk həftələrdə göstərdiyi futbolla alqışları haqq etməkdədir.
Hiss olunur ki, Muxtar respublika təmsilçisinin hədəfləri yüksəkdir və bu gedişlə məqsəd Premyer Liqada qalmaq yox, avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparmaq olacaq.
Komandanın müdafiəçisi Turan Manafov Sportinfo.az-a açıqlamasında iştahın dil altında olduğunu gizlətməyib:
“Niyə də olmasın?! Bacarıqlı futbolçularımız var. Məşqçilər heyəti və klub rəhbərliyi əlindən gələni etməyə çalışır.
Bəzən kiçik səhvlərə yol verməklə işimizi çətinə salırıq. Bir qədər də diqqətli olsaq, məncə, daha artığını edə bilərik.
Fikrimcə, zamanla indikindən də yaxşı “Araz-Naxçıvan” görəcəksiz”.
Səkkiz ildən sonra dönmüş region təmsilçisi 4 tura eyni sayda xal toplayıb. Aktivində 1 qələbə və 1 heç-heçə olan “Araz” “Sabah” və “Sabil”lə birlikdə 6-8-ci yerləri bölüşdürür.