
“Araz Naxçıvan” Denis Busnjanın transferindən vaz keçib.
Bu haqda Sportinfo.az-a Muxtar Respublika təmsilçisindən bildirilib.
Redaksiyamıza verilən məlumata görə, xorvatiyalı legionerlə aparılan danışıqlar nəticə verməyib.
Belə ki, 23 yaşlı yarımmüdafiəçi son anda əvvəlcə şifahi razılaşdırılan məbləğdən daha yüksək əməkhaqqı tələb edib.
O, U-21 də daxil olmaqla, Xorvatiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.
Peşəkar karyerasına 2018-ci ildə “Riyeka”da başlayan vinger ötən mövsümlər ərzində 3 kluba icarəyə verilib. “İstra”, “Sered” və “Bravo”nun formasını geyinib.
“Araz Naxçıvan” bu yay Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç, Turan Manafov ("Səbail"dən icarəyə götürülüb), Nihat Qurbanlı ("Səbail"dən icarəyə götürülüb), Nicat Süleymanov ("Kəpəz"dən icarəyə götürülüb), Elçin Mustafayev ("Şamaxı"dan icarəyə götürülüb), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Numan Kurdiç, Zamiq Əliyev, Muhammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike və Kristian Avramla müqavilə imzalayıb.