Azərbaycanda bu komandadan hər şey gözləmək olar - VİDEO

26 Avqust 2023 17:40 Araz-Naxçıvan 2 953
Azərbaycanda bu komandadan hər şey gözləmək olar - VİDEO

"Araz-Naxçıvan" yaxşı komplektləşib".

Bu fikri futbol eksperti Emin Abbasov səsləndirib.

Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Muxtar Respublika təmsilçisinin Premyer Liqaya dönüşü haqda düşüncələrini dilə gətirib.

O, Azər Bağırovun çalışdırdığı komandanın mövsümün ilk həftələrində yaxşı təsir bağışladığını deyib.

Region klubunun seleksiya prosesini uğurla apardığını qeyd edən Abbasov legionerlərin düzgün seçildiyini vurğulayıb.

Eldəniz Yusifovun icraçı direktor postuna gətirilməsinə münasibət bildirən ekspert onun kifayət qədər təcrübəli funksioner olduğunu söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...