
“Müqavilə bağlamamışdan əvvəl ölkəmiz, çempionatımız, futbolumuz haqda məlumatlarım kasad idi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın legioneri Elvis Maşike deyib.
Premyer Liqanın köhnə-yeni iştirakçısı adıçəkilən yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb.
29 yaşlı konqolu son olaraq Maltada “Xamrun Spartan”ın formasını geyinib.
O, buna qədər Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib:
“Azərbaycanın adını eşitmişdim, bilirdim ki, burada yaxşı komandalar var. İndi daha çox bilgiyə sahibəm.
Çünki hər şeyi öz gözlərimlə görürəm. Açığı, gördüklərim ürəyimcədir, Bakını çox bəyənirəm”.