
“Şəxsən Azərbaycanda gördüklərim məni yaxşı mənada təəccübləndirdi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın legioneri Məhəmməd Kadiri deyib.
Muxtar Respublika təmsilçisi ilə 1 illik müqavilə bağlayan qanalı dayaq yarımmüdafiəçisi karyerasını ölkəmizdə davam etdirmək qərarının doğruluğuna əmindir:
“Ukrayna və Rusiyanın yüksək liqalarında çıxış etmişəm. Azərbaycan Premyer Liqası ilə bu ölkələrin elitası arasında fərq böyükdür?
Təbii ki, müəyyən qədər fərq var. Amma bunun çox da böyük olduğunu deməzdim. Xüsusən də burada yaradılan şəraiti qeyd edərdim.
Çempionatdakı gərginlik, komandaların səviyyəsinin bir-birinə yaxın olması da Premyer Liqa üçün xoş haldır”.
27 yaşlı Kadiri karyerasına ölkəsinin “Aşanti Qold” klubunda başlayıb.
Həmçinin “Austriya” (Avstriya), “Arsenal” (Tula, Rusiya), “Dinamo”, “Çernomorets” (hər ikisi Ukrayna) və “Honved”in (Macarıstan) formasını geyinib.