Siftə 1200 manat oldu, "Qarabağ"ı da udsalar… Pul gəlhagəldir!

20 Avqust 2023 17:45 Araz-Naxçıvan 5 328
Siftə 1200 manat oldu, "Qarabağ"ı da udsalar… Pul gəlhagəldir!

«Araz-Naxçıvan» Premyer Liqada mövsümün ilk qələbəsini ötən həftə əldə etdi.

«Dalğa Arena»da «Qəbələ» ilə qarşılaşan Muxtar Respublika təmsilçisi hər hissədə vurduğu bir qolla 3 xalı aktivinə yazdı.

2:0 hesablı zəfər 8 ildən sonra Premyer Liqaya qayıtmış komandanın üzvlərinə iri məbləğdə pul qazandırıb. Belə ki, yeni rəhbərlik futbolçuların hər birinə 1200 manat mükafat verib.

«Araz-Naxçıvan» üçüncü turun oyununa bu gün çıxacaq. Region klubu Suraxanıda «Qarabağ»ın qonağı olacaq.

Sensasiyaya imza atıb, son çempiona üstün gələrlərsə, alacaqları mükafat daha böyük pul olacaq – 100 min manat!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...