
«Azər Bağırov yaxşı komanda qurub».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Araz Naxçıvan»ın Premyer Liqaya dönüşündən danışıb.
Muxtar Respublika təmsilçisi 8 illik aradan sonra elitaya qayıdıb. Region komandası ilk turda «Turan Tovuz»a 0:3 hesabıyla uduzsa da, növbəti həftədə «Qəbələ»nin öhdəsindən gəlib - 2:0.
Tanınmış teleşərhçi bildirib ki, «Araz Naxçıvan» mövsümün sürprizi olmağa iddialı təsir bağışlayır və getdikcə daha yaxşı təsir bağışlayacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: