Prezident vəzifədən uzaqlaşdırdığı baş məşqçini geri qaytarmaq niyyətinə düşdü

14:20 Araz-Naxçıvan 3 492
Prezident vəzifədən uzaqlaşdırdığı baş məşqçini geri qaytarmaq niyyətinə düşdü

Azər Bağırov yenidən «Araz-Naxçıvan»a qayıda bilər.

Bu haqda saytımıza Muxtar Respublika təmsilçisindən məlumat daxil olub. B

ildirilib ki, Zaur Axundov klubu maliyyələşdirməyə davam edərsə, Andrey Demçenko cari mövsümün sonunda baş məşqçi postunu tərk edəcək.

Çünki Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti bu ilin yanvarında komandanın sükanı arxasına gətirdiyi ukraynalı çalışdırıcının işindən və əldə etdiyi nəticələrdən narazıdır.

Axundovun fikrincə, tarixinin ən böyük büdcəsiylə sezona başlamış «Araz» avrokuboklara vəsiqə qazanmalıdır. Hələlik isə işlər tam qaydasında getmir.

Ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırmış «ağ-qırmızılar» 25 turdan sonra Premyer Liqanın beşinci sırasında yer alır.

Redaksiyamıza verilən informasiyaya görə, NFF-nın birinci şəxsi klubla əlaqələrini kəsməsə, Bağırov təkrar geri qaytarmağı planlaşdırır.

O, 2024-cü ilin martında buradan istefaya göndərdiyi çalışdırıcı haqda son vaxtlar dəfələrlə müsbət fikirlər səsləndirib. Həm Andrey Demçenkodan, həm də Elmar Baxşıyevdən yaxşı mütəxəssis olduğunu söyləyib.

Bağırov hazırda «Kəpəz»in sükanı arxasındadır. 2022-2024-cü illər aralığında «Araz»da işləmiş məşqçinin Gəncə təmsilçisi ilə müqaviləsi 2027-cı ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti