“Araz Naxçıvan” yeni legioner gətirməyi planlaşdırır.
Bu haqda Sportinfo.az-a əyalət təmsilçisinin baş məşqçisi Azər Bağırov məlumat verib.
O, hazırda bir vingerlə danışıqlar apardıqlarını bildirib.
Gənc mütəxəssis əcnəbi futbolçunu maliyyə şərtlərində razı salmaq mümkün olsa, onunla mövsümün sonunadək müqavilə imzalanacaq.
Muxtar Respublika təmsilçisi bu yay Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç, Turan Manafov ("Səbail"dən icarəyə götürülüb), Nihat Qurbanlı ("Səbail"dən icarəyə götürülüb), Nicat Süleymanov ("Kəpəz"dən icarəyə götürülüb), Elçin Mustafayev ("Şamaxı"dan icarəyə götürülüb), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Numan Kurdiç, Zamiq Əliyev, Muhammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike və Kristian Avramla müqavilə imzalayıb.

