Ən bahalı transfer bu problemi hamıdan gizlədirmiş...

8 Sentyabr 2023 17:40 Araz-Naxçıvan 1 538
Ən bahalı transfer bu problemi hamıdan gizlədirmiş...

"Kəpəz"lə oyundan sonra 3 gün istirahət edən "Araz-Naxçıvan" məşqlərini bərpa edib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında 90 dəqiqəlik çalışma daha çox fiziki hazırlıqla bağlı təmrinlərin yerinə yetirilməsinə həsr olunub.

Gəncədəki qarşılaşmada yüngül zədələnən Turan Manafov, icazəli olan Numan Kurdiçlə İsmail Azzaui, eləcə də U-21-in düşərgəsində olan Abdulla Rzayev və Mirəli Əhmədov kollektivlə birgə hazırlığa qatılmayıb.

Məşqçiləri indi narahat edən əsas məsələ İsmail Azzaui ilə bağlı aldıqları xəbərdir.

Belə ki, komandanın ən bahalı legioneri olan yarımmüdafiəçinin xroniki zədədən əziyyət çəkdiyi üzə çıxıb. O, dizindəki ağrıları hamıdan goizlədib və yalnız indi məlum olub ki, problem ciddidir.

Region klubunun Mərakeş əsilli Belçika vətəndaşı olan legionerə illik 200 min dollar əməkhaqqı verəcəyi bəllidir.

25 yaşlı İsmail müxtəlif illərdə RSCA-nın U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles”də (Niderland) çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti