
“Araz-Naxçıvan”ın Axel Nqando ilə anlaşma əldə etməsini dünən xəbər vermişdik.
Muxtar Respublika təmsilçisinin 30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə bağlıdığı müqavilənin müddəti də artıq məlumdur.
Tərəflərlər 10 aylıq kontrakta imza atıb. Yeni legioner bölgə klubundan aylıq 12 min dollar əməkhaqqı alacaq.
O, Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib. PSJ-nin akademiyasında yetişmiş Nqando 2021-ci ildən bu tərəfə “Qrenobl”ın uğurları üçün tər töküb.
Ötən illər ərzində yerli “Renn”, “Oser”, “Bastiya”nın, həmçinin Türkiyədə “Göztepe”nin şərəfini qoruyub.
SPORTİNFO.AZ