Zaur Axundov: "Bura baxanda adamın ürəyi ağrıyır"

5 Sentyabr 2023 00:40 Araz-Naxçıvan 1 066
Zaur Axundov: "Bura baxanda adamın ürəyi ağrıyır"

Sportinfo.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov publika.az-a müsahibə verib.

- “Araz-Naxçıvan” Çempionlar Liqasında çıxışını erkən başa vurdu. Komandanın uğursuzluğu barədə nə deyə bilərsiniz?

- Belə nəticə gözləmirdik. Arxayınçılıq, səhvlər uğursuzluğa gətirib çıxardı. İnanıram ki, komanda bundan ciddi nəticə çıxaracaq. Gələcəkdə eyni səhvlər təkrarlanmayacaq.

- Bu, Vitali Borisovun baş məşqçi kimi ilk sınağı idi. Demək olar ki, o, ilk sınaqdan uğursuz çıxdı?

- Təbii ki, Borisovun debütu uğursuz oldu. Amma bu, idmandır. Qarşıda dünya çempionatının seçmə mərhələsi gəlir. Komanda şəklində bu oyunlara ciddi hazırlaşmalıdırlar. Vitali Borisovla bir illik müqaviləmiz var. Müqaviləyə əsasən may ayının sonuna qədər işimizi davam etdirəcəyik.

- Futbol millimizdən Belçika ilə oyunda nə gözləmək olar?

- Futbolda hər şey ola bilər. İstər Belçika yox, Braziliya olsun, əsas odur ki, futbolçular meydanda döyüşsünlər. Futbolda udmaq da olar, uduzmaq da. Əsas odur ki, futbolçular sonadək döyüşüb meydanda azərbaycanlı xarakterini nümayiş etdirsinlər. Bizə döyüşkən futbolçular lazımdır. Rəqibdən çəkinmək lazım deyil. Məşqçinin dediyini etsinlər. Dövlətimizin qələbəsi qarşısında futbolda da öz sözümüzü deməliyik. Döyüşkən olsalar, hər bir nəticə mümkündür.

- Bu gün Gəncə şəhər stadionundasınız. Arenanın bu vəziyyəti sizə necə təsir etdi?

- Gəncə şəhər stadionuna baxanda adamın ürəyi ağrıyır. Gəncə Azərbaycanda futbol ənənəsi olan şəhərdir. Burada futbolu sevirlər. Burada hər oyuna azarkeşlər gəlir. İnanıram ki, yaxın bir zamanda stadion təmir olunub azarkeşlərin istifadəsinə veriləcək.

- "Araz-Naxçıvan"ın “Kəpəz” üzərində bugünkü qələbəsini necə şərh edərdiniz?

- Komanda qələbə qazandı. Bir naxçıvanlı olaraq gəldim bazar günündə oyunu izlədim. Komandada çatışmazlıqlar var. Ümid edirəm ki, məşqçilər korpusu fasilədən istifadə edib komandanı növbəti oyunlara yaxşı hazırlayacaq.

- Əvvəlki turlardan fərqli olaraq, bu gün “Araz-Naxçıvan” dəstəksiz qalmışdı...

- Bunu klubun funksionerlərindən soruşmaq lazımdır. Bununla belə, bugünkü oyunda atmosfer əla idi. Gəncə azarkeşlərinə əhsən. Sona kimi komandanı dəstəklədilər. Halal olsun. Yeni stadion olsa, “Kəpəz” daha möhtəşəm dəstək altında çıxış edər.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...