COP29

İlin sonunadək burada nə futbol olacaq, nə də.. SON QƏRAR

26 Fevral 11:40 Araşdırma 881
İlin sonunadək burada nə futbol olacaq, nə də.. SON QƏRAR

Bakı Olimpiya Stadionunun (BOS) qarşıdakı aylarla bağlı fəaliyyət planı məlum olub.

BOS bu ilin dekabr ayına kimi beynəlxalq idman turnirlərinə qapı aça bilməyəcək.

Bu, noyabrda Bakıda keçiriləcək COP29-la bağlıdır.

Azərbaycanın paytaxtı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir.

1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu.

2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub.

Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

BOS bu müddətdə yalnız COP29-a hazırlaşacaq. Odur ki, stadion ərazisində fəaliyyət göstərən bütün ofislər təşkilatçılar tərəfindən icarəyə götürülüb. «Neftçi» elə bu səbəbdən köçü dayandırıb.

Paytaxt klubu Nobel prospektində yerləşən bazanı boşaltmağa başlasa da, son anda plan dəyişib. BOS-dan «ağ-qaralar»a bildirilib ki, prosesin icrası üçün ilin sonunu gözləmək lazımdır.

SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"