Azərbaycanda idmançı 24 aylıq cəza aldı - FOTO

30 Dekabr 2025 17:20 Araşdırma 628
Azərbaycanda idmançı 24 aylıq cəza aldı - FOTO

Azərbaycanın qol güləşçisi Təbriz Səfərov 2 illik diskvalifikasiya olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar qəbul edib.

O, antidopinq qaydalarını pozduğu üçün bu halla üzləşib. T.Səfərov nümunəsində qadağan olunmuş maddənin (ephedrine) mövcudluğu və istifadəsinə görə 24 aylıq cəza alıb.

Sentyabrın 9-da qüvvəyə minən cəza 2027-ci ildə başa çatacaq.

azerbaycan-idmancisi-2-illik-diskvalifikasiya-olunub

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 20:00 Çək və bizə göndər!