Yanvarın 1-də qüvvəyə minəcək - Qadağan edilmiş maddələrin siyahısı

02:50 Araşdırma 84
Yanvarın 1-də qüvvəyə minəcək - Qadağan edilmiş maddələrin siyahısı

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Sportinfo.az xəbər verir ki, siyahı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə linkə keçid etməklə tanış ola bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq