Qardaş ölkədə saxlanılan Azərbaycan yığmasının sabiq futbolçusu nədə İTTİHAM OLUNUR?

02:20 Araşdırma 90
Qardaş ölkədə saxlanılan Azərbaycan yığmasının sabiq futbolçusu nədə İTTİHAM OLUNUR?

Sportinfo.az xəbər verir ki, Türkiyə futbolunu sarsıdan qanunsuz mərc istintaqı davam edir və saxlanılan futbolçular arasında İsmayıl Karakaş da yer alıb.

Baş Prokurorluğun açıqlamasına görə, "Erciyes 38"də oynayan Karakaş matç nəticələrinə təsir göstərmək məqsədilə mərc etməkdə ittiham olunur.

İsmayıl Karakaş Azərbaycanın 17 (U-17) və 19 (U-19) yaşa qədər futbolçulardan ibarət yığma komandalarının sabiq oyunçusu olub.

Prokurorluğun məlumatına görə, Karakaş və digər futbolçular öz komandalarının oyunlarını qazanması üçün rəqiblərə mərc etmək, matç nəticələrinə təsir göstərməkdə ittiham olunurlar.

İstintaq 7258 və 6222 saylı qanunlar çərçivəsində aparılır və əlaqəli maliyyə əməliyyatları da təhlil edilir.

Saxlanılan futbolçuların istintaq çərçivəsində ifadələri alınır və əlavə sübutlar araşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq