AFFA-nın qərarı ilə razılaşmadılar, CAS-a şikayət etdilər - FOTO

00:50 Araşdırma 138
AFFA-nın qərarı ilə razılaşmadılar, CAS-a şikayət etdilər - FOTO

“İmişli”AFFA-nın İntizam Komitəsinin qərarından İsveçrədə fəaliyyət göstərən CAS-a (İdman Arbitraj Məhkəməsi) şikayət edib.

Sportinfo.az prosport.az-a istinadən xəbər verir ki, bu, Azərbaycan futbolu tarixində AFFA-nın qərarından bir klubun CAS-a müraciət etdiyi ilk presedentdir.

Hazırda CAS-da bu məsələ ilə “İmişli”nin sponsoru olan “RDC Group”un hüquqşünası məşğul olur.

AFFA İntizam Komitəsi Premyer Liqanın dördüncü turunun sentyabrın 13-də Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən “İmişli” – “Sumqayıt” matçında nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsini ləğv etmiş, onlara 0:3 hesablı texniki məğlubiyyət və 5 min manat cərimə vermişdi.

Səbəb kimi oyunun 67-ci dəqiqədə adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması göstərilmişdi.

Daha sonra “İmişli” bu qərardan AFFA-da fəaliyyət göstərən Apellyasiya Arbitraj Tribunalına (AAT) müraciət etmişdi. Lakin oktyabrın 31-də AAT da İntizam Komitəsinin qərarını dəyişmədən qüvvədə saxlamışdı.

AFFA-nın qərarı ilə razılaşmadı, CAS-a şikayət etdilər

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 18:10 Çək və bizə göndər!
25 Dekabr 03:30 Onu da güllələdilər