Yeni rekorda imza atıldı - 2025-ci ildə ölkəmizə 2113 medal gətirilib

24 Dekabr 2025 03:30 Araşdırma 564
Yeni rekorda imza atıldı - 2025-ci ildə ölkəmizə 2113 medal gətirilib

Azərbaycan idmançıları 2025-ci ildə Avropa və dünya çempionatları, eləcə də digər beynəlxalq turnirlərdə ümumilikdə 2113 medal qazanmaqla yeni rekorda imza atıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirində bildirilib.

Əldə olunan nəticələr dövlətin idmana göstərdiyi diqqət və qayğının, həmçinin idmançıların və mütəxəssislərin sistemli fəaliyyətinin bariz nümunəsi kimi qiymətləndirilir.

Ötən il Azərbaycan idmaçıları beynəlxalq arenalarda 1718 medal əldə etmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”