Amnistiya aktı 4 ay ərzində icra olunacaq

07:40 Araşdırma 71
Amnistiya aktı 4 ay ərzində icra olunacaq

Milli Məclisdə amnistiya elan edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsünün 20 min vətəndaşa şamil edilməsi gözlənilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli plenar iclasda amnistiya ilə bağlı qərar layihəsinin müzakirəsi zamanı bildirib ki, son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb.

Onun sözlərinə görə, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub.

“Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı bildirilir.

Avropa Parlamentinin arzuladığı, Azərbaycanda dövlət, xalq, konstitusion quruluş əleyhinə çıxış etmiş və məsuliyyətə cəlb olunmuş, məhkum olunmuş şəxslərə nə bu amnistiya aktı, nə də gələcək amnistiya aktları şamil ediləcək.

Amnistiya aktının 3 və 4-cü hissələrində hüquqi qüvvəsi və tətbiq qaydaları əks olunur. Qərar qəbul olunduğu gündən qüvvəyə minəcək və onun icra müddəti 4 aydır. Əminliklə söyləmək olar ki, bu qərarın daha tez icrası təmin ediləcək”, - komitə sədri bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi