Azərbaycan klubunun legioneri "dava"nı uddu - Ona 2,5 milyondan çox ödəniş edilməlidir

13:40 Araşdırma 326
Azərbaycan klubunun legioneri "dava"nı uddu - Ona 2,5 milyondan çox ödəniş edilməlidir

“Araz-Naxçıvan”ın legioneri Patrik Andrade İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiyi “Partizan”a qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Belqrad təmsilçisi kabo-verdeli yarımmüdafiəçiyə 1,3 milyon avro (2 milyon 592 min manat) təzminat ödəyəcək.

Bununla yanaşı, onlara 2027-ci ilə qədər transfer qadağası qoyulub.

2022-ci ildə “Qarabağ”dan “Partizan”a keçən Patrik Andrade 1 il sonra daha sonra Serbiya klubundan ayrılmışdı. Belqradlılar isə afrikalıya olan 270 min avro borcunu ödəməmişdi.

partizan-partik-andradeye-2-milyondan-cox-odenis-etmelidir

Xəbər Lenti