COP29

Bəs bizimkilər hanı? - Postsovet ölkələrinin ən bahalı futbolçuları

22 İyun 01:10 Araşdırma 460
Bəs bizimkilər hanı? - Postsovet ölkələrinin ən bahalı futbolçuları

Transfer məlumatları üzrə ixtisaslaşan “Transfermarkt” saytı postsovet ölkələri tarixinin ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, sıralamada 13 futbolçu yer alıb.

Təəssüf ki, burada bir azərbaycanlı oyunçunun adına rast gəlmirik.

Siyahının 1-ci pilləsində 85 milyon avro dəyərində olan gürcüstanlı cinah yarımmüdafiəçisi Xviça Kvaratsxeliya qərarlaşıb.

2-ci yerdə 60 milyon avro dəyərində olan ukraynalı yarımmüdafiəçi Mixail Mudrikdir. Andrey Şevçenko isə 3-cüdür (51 milyon avro).

"10-luq" belədir:

1. Xviça Kvaratsxeliya - 85 milyon avro (2023).

2. Mixail Mudrik - 60 milyon avro (2023).

3. Andrey Şevçenko - 51 milyon avro (2006).

4. Aleksandr Zinçenko - 42 milyon avro (2023).

5. Henrix Mxitaryan - 37 milyon avro (2016).

6-8. Georgi Sudakov - 35 milyon avro (2024).

6-8. Giorgi Mamardaşvili - 35 milyon avro (2024).

6-8. Artyom Dovbik - 35 milyon avro (2024).

9. İlya Zabarnı (Bornmut) - 32 milyon avro (2024).

10-13. Aleksandr Qolovin - 30 milyon avro (2018).

10-13. Mario Fernandes - 30 milyon avro (2019).

10-13. Ruslan Malinovski - 30 milyon avro (2021).

10-13. Viktor Tsıqankov - 30 milyon avro (2024).

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu