Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10143521 nəfər təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

