16 yaşlı Turanı qətlə yetirən idmançı həmkarına ağır cəza verildi - FOTOLAR

13 İyun 2023 13:20 Araşdırma 1 176
16 yaşlı Turanı qətlə yetirən idmançı həmkarına ağır cəza verildi - FOTOLAR

Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun məhkəməsi yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Ruslan Səfixanov 19 il azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin noyabrında cüdo turnirində baş verib. Tərəflərin mübahisəsinə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub.

Ruslan bunu Turana irad tutub və tərəflər mübahisə ediblər. Mübahisə zamanı Sumqayıt şəhər sakini Ruslan Səfixanov Turan Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs idmançı olub.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti