Hava yenidən pisləşir: Güclü yağış, sel – XƏBƏRDARLIQ PROQNOZU

13 İyun 2023 07:00 Araşdırma 2 246
Hava yenidən pisləşir: Güclü yağış, sel – XƏBƏRDARLIQ PROQNOZU

Azərbaycanın rayonlarında iyunun 13-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi-aran rayonlarında yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti