Mahir Emrelidən səmimi etiraflar: “Bugünədək 2 sevgilim olub”

11 İyun 2023 19:25 Araşdırma 1 698
Mahir Emrelidən səmimi etiraflar: “Bugünədək 2 sevgilim olub”

Prodüser Anar Mədətovun oğlu, millinin hücumçusu Mahir Emreli müsahibələri ilə diqqət çəkib.

Sportinfo.az müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan 26 yaşlı forvardın "CBC Sport" kanalına sözlədiyi fikirləri təqdim edir:

- İlk və indiki maşınının markası nədir?

- İlk maşınım "Lada NİVA", indi sürdüyüm "İNFİNİTİ";

- Maşınının nömrəsi nədir?

- 99-MM-866;

- Menyunda nə yoxdur?

- Zeytun və balqabaq;

- Heç azarkeşlə dalaşmısan?

- Bəli. Yersiz tənqidə görə;

- Bu günə kimi neçə sevgilin olub?

- İki;

- Varlısan?

- Xeyr;

- Nə qədər pulun var?

- Hazırda cibimdə 100 manat var;

- Tanınmış olmağından istifadə etmisən?

- Harasa tələsəndə polis saxlayıb, demişəm ki, tələsirəm. Elə olub ki, buraxıblar, elə olub ki, yox;

- Tez-tez yol hərəkəti qaydalarını pozursan?

- Xeyr, çünki çox vaxt maşını özüm sürmürəm;

- Əsəbiləşəndə nə edirsən?

- Qışqırmağa başlayıram;

- Gizli istedadın var?

- Parodiya edə bilirəm;

- Haralısan?

- Zaqatalalı;

- Ən pis vərdişin nədir?

- Ayaqqabını corabsız geyinmək;

- Ən pis xasiyyətin nədir?

- Adi bir söz ola bilər. Amma onu pis qəbul edə bilərəm;

- Pleylistində ilk mahnın?

- Ben Fero - Babafingo;

- Ən son "Google"da nə axtarmısan?

- Özümü;

- Eqoistsən?

- Bəli;

- Karyeranın ən uğursuz zamanı nə vaxt olub?

- Keçən il;

- Azarkeşlərinə nə demək istərdin?

- Çalışacağam ki, bu il ümidləri doğruldum.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti