İyunun 11-də gözlənilən hava şəraiti - Sabah 33° isti olacaq

10 İyun 2023 21:50 Araşdırma 654
İyunun 11-də gözlənilən hava şəraiti - Sabah 33° isti olacaq

İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Gecə və səhər zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti