Bir yanda Qurban Qurbanov, o tərəfdə də “Neftçi”nin baş məşqçisi...

8 İyun 2023 13:20 Araşdırma 1 959
Bir yanda Qurban Qurbanov, o tərəfdə də “Neftçi”nin baş məşqçisi...

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Azərbaycan klublarının iki çalışdırıcısı yer alıb. Siyahıdakı yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur.

“Qarabağ”ın çalışdırıcısı 1595 xalla 204-cü yerdə qərarlaşıb. 51 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini qoruyub.

“Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampfın da yeri dəyişməz qalıb. O, 1627 xalla 174-cüdür.

İlk “üçlük” dəyişməz qalıb. Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) liderin ən yaxın izləyiciləridir.

Digər Xəbərlər
Xəbər Lenti