"Gözlənilməz xərclər çıxdı” - Şuşadakı mərkəzin tikintisi proqnozdan artıq pul aparıb

7 İyun 2023 18:30 Araşdırma 819
"Gözlənilməz xərclər çıxdı” - Şuşadakı mərkəzin tikintisi proqnozdan artıq pul aparıb

“Sual olunur ki, Şuşa Otel-Konqres Mərkəzinin tikinti və digər xərclərini öncədən proqnozlaşdırmaq olmurdu? Əlbəttə proqnozlaşdırılmışdı”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

“Mərkəz bir il ərzində tikilib və son ana qədər orada rəhbərliyin göstərişi ilə əlavə dəyişikliklər olub. Əlavə, gözlənilməz xərclər çıxdı. Bu şeylər proqnozlaşdırıla bilmir.

Mərkəzin idarə olunması nazirliyin balansında olacaq. Saxlanma xərclərinin isə kənar idarəediciyə, yəni ixtisaslaşmış şirkətə verilməsi nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti