"Neftçi" və "Qəbələ" bu gecə futbolçularına nə qədər PUL PAYLAYACAQ?

3 İyun 2023 17:40 Araşdırma 1 680
"Neftçi" və "Qəbələ" bu gecə futbolçularına nə qədər PUL PAYLAYACAQ?

Bu gün Azərbaycan Kubokunun final matçı keçiriləcək.

«Neftçi» və «Qəbələ» saat 20:00-da Bakıda üz-üzə gələcək.

Əyalət təmsilçisi tarixində ikinci dəfə bu titula yiyələnərsə, futbolçularına nə qədər mükafat ödəyəcəyi artıq bəllidir.

Belə ki, «qırmızı-qaralar» əsas heyətdə meydana çıxacaq oyunçularının hər birinə 10 min manat verəcək.

«Qəbələ»lilərin «Neftçi»dan olan həmkarlarını isə daha böyük məbləğ gözləyir. Hardasa 15-18 min manat həndəvərində.

Elə onu yada salaq ki, bakılılar «Turan Tovuz»u yarımfinal mərhələsindən uzaqlaşdırmağın qarşılığında hər futbolçusunu 10 min manat irəli salıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!