Oyun “alver”i bitməyib, yenə şübhəli olaylar var - AFFA-nın baş katibi “ipucu” verdi

25 May 2023 20:20 Araşdırma 912
Oyun “alver”i bitməyib, yenə şübhəli olaylar var - AFFA-nın baş katibi “ipucu” verdi

“Danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Milli assosiasiya rəsmisi danışılmış oyunlarda iştirak etmiş I Divizion təmsilçisi MOİK-in 6 futbolçusunun AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib.

Baş katib qərarın faktlara söykəndiyini söyləyib: “AFFA İntizam Komitəsinin futboldan uzaqlaşdırılan şəxslərlə bağlı qərarı faktlar əsasında verilib”.

Sərxan Hacıyev futbol fəaliyyətdən ömürlük məhrum edilən Samir Hüseynov adlı şəxsin isə klubda çalışmadığını bildirib:

“O, klub rəsmisi deyil. Həmin şəxs sadəcə, bu məsələdə iştirak edən vətəndaşdır”.

MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiklərinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub.

Samir Hüseynovun isə AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olması qadağan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR