"Neftçi" və "Sabah" daha iki potensial rəqibini tanıdı

25 May 2023 11:00 Araşdırma 1 108
"Neftçi" və "Sabah" daha iki potensial rəqibini tanıdı

"Neftçi" və "Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin daha ikisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Rumıniya Kubokunun qalibi olan "Sepsi" və Serbiyadan "Voyvodina" səpələnmişlər səbətində yer alan "ağ-qaralar"la üz-üzə gələ bilərlər.

Kipr Kubokunu qazanan "Omoniya" və Yunanıstanın PAOK klubu səpələnmişlər səbətinə düşüb və "Sabah"ın potensial rəqibləri sırasındadır.

İyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq)

“Riqa” (Latviya)

“Maribor” (Sloveniya)

“Şkendiya” (Şimali Makedoniya)

“Linfild” (Şimali İrlandiya)

“Vaduts” (Lixtenşteyn)

“Dunayska” (Slovakiya)

“Dandolk” (İrlandiya)

“Alaşkert” (Ermənistan)

“Şkupi” (Şimali Makedoniya)

"Sarayevo" (Bosniya və Herseqovina)

“Riqa” (Latviya)

“Tobol” (Qazaxıstan)

“B36 Torshavn” (Farer adaları)

“Drita” (Kosovo)

“Qzira Yunayted” (Malta)

“Levadiya” (Estoniya)

"Dinamo" (Mins, Belarus)

“Konnas” (Uels)

“HB Torshavn” (Farer adaları)

“Europa” (Cəbəllütariq)

“Domjale” (Sloveniya)

“Santa-Koloma” (Andorra)

“Proqres” (Lüksemburq)

Səpələnməmişlər:

“Vikinqur” (Reykyavik, İslandiya)

“Sent-Patriks” (İrlandiya)

“Vikinqur” (Farer adaları)

“Derri Siti” (İrlandiya)

“Makedoniya” (Şimali Makedoniya)

“Panevezis” (Litva)

“Honka” (Finlandiya)

“Baltsan” (Malta)

“Zimbru” (Moldova)

"Gilyani" (Kosovo)

“Haka” (Finlandiya)

“Dila” (Gürcüstan)

“Birkirkara” (Malta)

“Qlentoran” (Şimali İrlandiya)

“Heqelmann” (Litva)

“İsloç (Belarus)

“Akureyri” (İslandiya)

“Eqnatia” (Albaniya)

“Penibont” (Uels)

“Xaverforduest Kaunti” (Uels)

“Meqpays” (Cəbəllütariq)

“Kosmos” (San-Marino)

Qeyri-müəyyənlər:

“Dinamo” (Batumi, Gürcüstan)

“İnter Eskaldes” (Andorra)

“Kruzaders” (Şimali İrlandiya)

“Payde” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika)

“Gent” (Belçika)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

APOEL (Nikosiya, Kipr)

“Beşiktaş” (Türkiyə)

“Riyeka” (Xorvatiya)

“Styaua” (Rumıniya)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

“Osiyek” (Xorvatiya)

Səpələnməmişlər:

“Beytar” (İsrail)

“Hammarbü” (İsveç)

“Kalmar” (İsveç)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Keçkemet” (Macarıstan)

“Boraç” (Bosniya və Herseqovina)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Çelye” (Sloveniya)

“Auda” (Latviya)

Qeyri-müəyyənlər:

“Aris” (Saloniki, Yunanıstan)

“Voyvodina” (Serbiya)

Digər Xəbərlər
Xəbər Lenti