Mahir ilə braziliyalı hücumçunu müqayisə etdi – Kim daha yaxşıdır?

23 Yanvar 12:40 Araşdırma 800
Mahir ilə braziliyalı hücumçunu müqayisə etdi – Kim daha yaxşıdır?

"Məsələ təkcə Lukinyasın polyak dilini bilməməyində deyil. Bu gün biz müxtəlif nağıllar söyləyə bilərik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"nın baş məşqçisi Aleksandr Vukoviçə aiddir.

O, iki hücumçu –Mahir Emreli ilə Lukinyas arasında müqayisə aparıb:

"Hər kəsin kimin kim olduğuna dair mülahizə yürütdüyü bir məsələ var. Lukinyas və Emrelinin nümunəsində bunu yoxlamaq olar.

Biz Lukinyasın polyakca bilmədiyi halda, nə etdiyini daha çox qiymətləndiririk. Bu, komanda üçün yaxşı ruh deməkdir.

Onun futbol savadı əla səviyyədədir. Bir parol və ya video-brifinq kifayətdir ki, nə tələb etdiyimi anlasın. Bu, söz yox, əməldir.

O, bizim tələbatlı oyunçularımızdandır. Qərarı qəbul edəndə bütün komanda ilə məsləhətləşdim, səbəbini, öz motivasiyamı izah etdim. Anlayışla qarşıladılar"

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti