Messi və Ronaldo 2021-ci ilin rəmzi komandasında - "The Best"

18 Yanvar 10:00 Araşdırma 178
Messi və Ronaldo 2021-ci ilin rəmzi komandasında -

FIFA 2021-ci ilin rəmzi komandasını açıqlayıb.

Sportinfo.az xəbər verir ki,,ən yaxşı "11-lik"də İngiltərə klublarının futbolçuları üstünlük təşkil ediblər.

Qapıçı: Canluici Donnarumma (PSJ, Fransa)

Müdafiəçilər: David Alaba ("Real Madrid", İspaniya), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Leonardo Bonuççi ("Yuventus", İtaliya)

Yarımmüdafiəçilər: Jorjinyo, N Qolo Kante (hər ikisi "Çelsi"), Kevin De Brüyne ("Mançester Siti", İngiltərə)

Hücumçular: Kriştianu Ronaldo ("Mançester Yunayted", İngiltərə), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Robert Levandovski ("Bavariya" Almaniya), Lionel Messi (PSJ)

Qadınlar arasında ötən ilin rəmzi komandasına isə bu futbolçular düşüb:

Qapıçı: Kristiana Endler ("Lion", Fransa)

Müdafiəçilər: Lüsi Bronz ("Mançester Siti", İngiltərə), Vendi Renar ("Lion"), Brayt Enobakhare ("Koventri Siti", İngiltərə)

Yarımmüdafiəçilər: Estefaniya Banini ("Atletiko" Madrid, İspaniya), Karli Lloyd ("Skay Blyu", ABŞ), Barbara Bonansea ("Yuventus", İtaliya)

Hücumçular: Vivianne Midyema ("Arsenal", İngiltərə), Marta, Aleks Morqan (hər ikisi "Orlando Prayd", ABŞ)

Digər Xəbərlər
Xəbər Lenti