UEFA AVRO-2028-yə ev sahibliyi edəcək ölkə(lər) axtarır

13 Oktyabr 2021 00:14 Araşdırma 490
UEFA AVRO-2028-yə ev sahibliyi edəcək ölkə(lər) axtarır

UEFA 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək istəyən ölkələr üçün tender elan edib.

Sportinfo.az xəbər verir ki, təşkilatçılıq niyyətində olan milli assosiasiyalar 2022-ci ilin martınadək müraciət edə biləcəklər.

Qərar 2023-cü ilin sentyabrında açıqlanacaq. Coğrafi cəhətdən bir-birinə yaxın ölkələr birgə müraciət hüququna malikdir. AVRO-2028-də yenə 24 ölkənin iştirakı ilə 51 oyun olacaq.

Maraqlanan ölkələr 10 stadion göstərməlidir. Onlardan 1-i minimum 60 000 azarkeş tutumuna malik olmalıdır. Ən azı 50 000 fanat qəbul edən 2, 40 000-lik 4, 30 000-lik isə 3 stadion təqdim olunmalıdır.

AVRO-2024 Almaniyada gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti