"Komandanı şəxsi maraqlarından üstün tutsalar, onları məğlub etmək mümkün olmayacaq”

28 Sentyabr 2021 01:24 Araşdırma 335
"Komandanı şəxsi maraqlarından üstün tutsalar, onları məğlub etmək mümkün olmayacaq”

“Yuventus”un kapitanı Corco Kyellini Fransanın PSJ klubu ilə bağlı maraqlı fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, italiyalı müdafiəçisi “L'Equipe”ə açıqlamasında Paris təmsilçisini Playstation komandasına bənzədib:

“PSJ Playstationdakı komandalara bənzəyir, yenilməz komandaya. Əgər meydanda və meydandan kənardakı davranışları düzgün olsa, komandanın maraqlarını şəxsi maraqlarından üstün tutsalar, onları məğlub etmək mümkün olmayacaq”.

PSJ yay fasiləsində heyətinə Lionel Messi, Serxio Ramos, Jorjinyo Veynaldum, Əşrəf Hakimi kimi futbolçuları cəlb edib. Komanda yeni mövsümündə keçirdiyi 8 oyunun hamısında qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!