AVRO-2020-nin favoritləri

24 İyun 2021 22:50 Araşdırma 568
AVRO-2020-nin favoritləri

"Opta" statistika platforması futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanmış yığmaların şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, turnirin əsas favoriti 19,6 faizlə Fransa hesab olunur.

Çempionluğa iddialıların siyahısında ikinci pilləni Belçika (17,9 faiz) tutub. İlk "üçlüy"ü 12,9 faizlə İspaniya kollektivi tamamlayır.

Almaniyanın şansları 9,3 faiz qiymətləndirilir. Bu göstərici Niderland və İngiltərədə 8,5 faiz, İtaliyada 8 faiz, Portuqaliyada 5,8 faiz, Danimarkada isə 3,6 faizdir.

Ən az şans verilən yığmalar isə bunlardır: İsveç - 1,9 faiz, İsveçrə, Ukrayna - hər ikisi 1,1 faiz, Uels - 0,8 faiz, Xorvatiya - 0,5 faiz, Avstriya - 0,1 faiz.

AVRO-2020 1/8 final mərhələsinin oyunları iyunun 26 - 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti